• Çərşənbə axşamı, Oktyabr 15, 2024
  • Bakı, 16.0°C

"Sapropel" layihəsinin Azərbaycanda təşkili ilə bağlı müzakirələrin aparılması məqsədilə online tədbir keçirilib

  • 2024-07-16

   Kənd təsərrüfatı üçün innovasiya məhsullarının istehsalı üzrə "Sapropel" layihəsinin Azərbaycanda təşkili ilə bağlı müzakirələrin aparılması məqsədilə online görüş keçirilib.

   Görüşdə AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev, AR ETN Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor  Pənah Muradov, AR Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini - Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev iştirak ediblər.

   "Sapropel" layihəsinin hazırlanmasında  Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin onlarla alimləri iştirak edib.

  Görüşdə qeyd edilib ki, əhalinin ərzaq məhsulları ilə təmin edilməsi üçün kənd təsərrüfatı istehsalının inkişafı, üzvi və mineral gübrələrdən səmərəli istifadə edilməsi,eləcə də bitkilərin məhsuldarlığının artırılması və əhalinin yüksək keyfiyyətli məhsullara olan tələbatının ödənilməsi günün vacib məsələlərindən biridir. Professor  Əlövsət  Quliyev qeyd edib ki, bitkilərin qida maddələri ilə təmin olunmasında üzvi gübrələrin rolu böyükdür. Bu baxımdan Sapropel layihəsinin Azərbaycanda təşkili çox gözəl təşəbbüsdur. Sapropel gübrəsinin tərkibi 17 növ amin turşusundan, makroelementlərdən, mikroelementlərdən, vitaminlər və.s maddələrlə zəngindir və  gübrə ekoloji effektli və rentabellidir.