• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru “COP29 ərəfəsi: Təhsil, İctimai Səhiyyə və Davamlı İnkişafın Əlaqələndirilməsi” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

  • 2024-10-16

    Oktyabrın 16-da Xəzər Universitetinin Ətraf Mühitin Tədqiqi Mərkəzi tərəfindən “COP29 ərəfəsi: Təhsil, İctimai Səhiyyə və Davamlı İnkişafın Əlaqələndirilməsi” adlı beynəlxalq simpozium keçirilib.

    Simpoziumda  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü prof. Əlövsət Quliyev “Su qıtlığı və Azərbaycanın aqrar iqtisadiyyatı” mövzusunda məruzə ilə çıxış edib. O, ölkədə su çatışmazlığının kənd təsərrüfatına təsirləri və davamlı inkişafın təmin olunması üçün təklif edilən həll yollarını diqqətə çatdırıb.

    Tədbirə alimlər, müəllimlər, səhiyyə mütəxəssisləri və siyasətçilər qatılaraq iqlim dəyişikliyi, təhsil və ictimai səhiyyə sahələrində qarşılıqlı əlaqənin əhəmiyyətini müzakirə ediblər. Liverpool Universitetinin professoru Suzanne Leroy, Xəzər Universitetinin qonaq professoru Natalia Rekhter və digər tanınmış mütəxəssislər iqlim dəyişiklikləri, sağlamlıq və insan həyatına təsirləri haqqında məruzələr təqdim edərək bu mövzuda aktual məsələləri təhlil ediblər.

   Simpozium, iqlim dəyişikliyi ilə mübarizə üçün müxtəlif sahələrin əməkdaşlıq imkanlarını və bu prosesdə təhsil, səhiyyə və davamlı inkişafın qarşılıqlı əlaqəsini vurğulayıb.