• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı - COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans keçirilib

  • 2024-10-17

    Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) və Üzümçülük Və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) təşkilatçılığı ilə “Qlobal iqlim dəyişkənliyi şəraitində müasir əkinçilik: aktual problemlər, inkişaf tendensiyaları, perspektivlər”  mövzusunda hibrid formatda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

      Konfransın plenar iclasında çıxış edən  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, torpaqşünas alim professor Əlövsət Quliyev bildirib ki, iqlim dəyişikliyi torpaq resurslarına ciddi təsir göstərir və bu, ərzaq təhlükəsizliyi, ekosistemlərin qorunması və kənd təsərrüfatının dayanıqlığı baxımından əhəmiyyətlidir. Alim qeyd edib ki, torpağın deqradasiyası, çirklənmə və məhsuldarlığın azalması kimi məsələlər iqlim dəyişikliyi ilə daha da kəskinləşir və bu, ekosistem tarazlığını pozur. Ə.Quliyev vurğulayıb ki, Azərbaycanın torpaq və su ehtiyatlarının davamlı istifadəsi, xüsusilə torpaqların qorunması və eroziya ilə mübarizə sahəsində prioritet olmalıdır.

      Konfransın işi azərbaycan, rus və ingilis dillərində aparılıb. Türkiyə Cumhuriyyəti, Rusiya Federasiyası və digər ölkələrdən olan xarici və eləcə də bəzi yerli məruzəçilər tərəfindən on-line təqdimatlar da edilib.Tədbir çərçivəsində Yaşıl dünya naminə-Ağacəkmə aksiyası keçirilib, konfrans iştirakçıları tərəfindən 100-ə yaxın piramidal sərv ağacı əkilib.