• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

“Torpaq fizikası” və “Torpaqların biologiyası” laboratoriyaları 2024-cü il üzrə yekun hesabatını təqdim ediblər

  • 2024-10-22

      AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Sonra İnstitutun “Torpaq fizikası” laboratoriyasının müdiri a.e.f.d.Əli Cəfərov 2024-ci il üzrə yekun  hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Salyan düzü torpaqlarının   müxtəlif kənd təsərrüfat bitkiləri altında aqrofiziki xassələrinin tədqiqi və müqayisəli   təhlili” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Gördükləri işlər barədə ətraflı məlumat verən laboratoriya müdiri və əməkdaşları  sualları cavablandırıb.

   Daha sonra “Torpaqların biologiyası” laboratoriyası 2024-cü il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.ü.f.d. Pirverdi Səmədov hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib “Lənkəran vilayətinin rütubətli və yarımrütubətli subtropik torpaqlarının təbii və mədəniləşən senozlarında bioloji xassələrin müqayisəli tədqiqi” mövzusuna 7 işin daxil olduğunu qeyd edib.

   Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olunub, suallar cavablandırılıb. Sonda hər üç laboratoriyanın 2024-cü il üzrə illik hesabatı səsə qoyularaq qəbul edilib.