• Cümə axşamı, Dekabr 12, 2024
  • Bakı, 9.0°C

“Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər” “Torpaqların aqroekologiyası və bonitirovkası” və “Torpaq ekologiyası” Beynəlxalq laboratoriyalarının 2024-cü il üzrə yekun hesabatını təqdim edib

  • 2024-10-24

     AR ETN  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. İclasda “Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər” laboratoriyası 2024-cü il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.f.d. Mirvari Məmmədova  hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib “Böyük Qafqazın cənub-şərq və şimal-şərq hissəsi torpaqlarının münbitlik göstəricilərinin tədqiqi  və aqrosenozlarda gübrələmə sisteminin səmərəliliyi” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları gördükləri işlər barədə sualları cavablandırıblar.

    Sonra Torpaq ekologiyası Beynəlxalq laboratoriyası 2024-cü il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri b.ü.f.d Zaman Məmmədov hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib. “Azərbaycanın landşaft  zona torpaqlarının 1:100000 miqyasında CİS əsasında tədqiqi, ekoloji qiymətləndirilməsi, xəritələşdirilməsi və monitorinqinin elmi əsasları” mövzusuna 12 işin daxil olduğunu qeyd edib. Daha sonra Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının müdiri b.ü.f.d. Könül Qafarbəyli hesabat ilində eyni mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib.

  Təqdim olunan yekun hesabatlar  şura üzvləri tərəfindən geniş müzakirə olundu və hesabatları  səsə qoyularaq yekdilliklə qəbul edildi.