• Cümə axşamı, Dekabr 12, 2024
  • Bakı, 9.0°C

“Torpaq proseslərinin dinamikası” , “Suvarmanın müasir problemləri” laboratoriyalarının və İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının hesabatları dinlənilib

  • 2024-10-25

   AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb.Sonra İnstitutun “Suvarmanın müasir problemləri” laboratoriyasının müdiri a.e.ü. f.d. Nadir Nadirov 2024-ci il üzrə yekun  hesabatını təqdim edib.O, hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Azərbaycanın  müxtəlif  bölgələrində  mövcud su ehtiyatlarından  səmərəli  istifadəni  və  torpaqların mühafizəsini  təmin  edən  suvarma  texnologiyalarının tədqiqi” mövzusuna 2 işin daxil olduğunu qeyd edib.  Gördükləri işlər barədə ətraflı məlumat verən laboratoriya müdiri və əməkdaşları sualları cavablandırıb.

    Daha sonra İnstitutun “Torpaq proseslərinin dinamikası” laboratoriyasının müdiri a.e.f.d. Reyhan Abbasova 2024-cü il üzrə yekun  hesabatını təqdim edib. O, “Böyük Qafqazın şimal-şərq yamacı aşağı dağlıq zona təbii və aqrolandşaftın elementar torpaq areallarının hidrotermik potensialının (HTP) mikrorelyef plastikası əsasında mikrokaten formatda müəyyənləşdirilməsi ” mövzusuna 2 işin daxil olduğunu qeyd edib hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib.

     Növbəti olaraq  İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı   sədri şuranın 2024-cü ildə fəaliyyəti barədə hesabatla çıxış edib.   

    Sonda təqdim olunun   2024-cü il üzrə illik hesabatlar səsə qoyularaq qəbul edilib.