• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Dünya Torpaq Günü münasibətilə tədbir keçirilib

  • 2024-12-05

   AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitunda 5 dekabr- Dünya Torpaq Günü münasibətilə tədbir keçirilib.Tədbiri giriş sözü ilə  İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Alim  çıxışında Dünya Torpaq Gününün önəmindən bəhs edərək qeyd edib ki,  bu gün  torpağın əhəmiyyətinə diqqət ayırmaq, torpaq və su ehtiyatlarının davamlı idarə olunmasını təbliğ etmək məqsədilə keçirilir.

     Tədbirdə AMEA-nın müxbir üzvü Amin İsmayılov çıxış edərək bildirib ki, bu günün keçirilməsi Beynəlxalq Torpaq Elmləri Birliyi (IUSS) tərəfindən 2002-ci ildə tövsiyə edilib və 2014-cü ildə BMT Baş Assambleyası 5 dekabr tarixini rəsmi olaraq Dünya Torpaq Günü kimi qeyd edir. A.İsmayılov Azərbaycanda torpaq istifadəçiliyi və FAO tərəfindən həyata keçirilən layihələr  barədə məlumat verib. 
    Növbəti olaraq İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı “Torpaq həyatımızın ayrılmaz hissəsidir” adlı məruzə ilə çıxış edib. Gənc alim çıxışında antropogen təsirin torpaq eroziyası, çölləşmə, sənayeləşmə və torpaqlarda ağır metalların toplanması kimi problemləri sürətlə artdığını və Torpaq Gününün bu məsələlərə diqqət çəkmək üçün vacib bir platforma olduğunu vurğulayıb.

   Tədbirdə laboratoriya müdirləri a.e.d. Məmməd Məmmədov, a.e.d. Vilayət Həsənov və a.e.ü.f.d. Əminə Axundova çıxış edərək, torpağın həyat üçün əvəzedilməz rolunu, İnstitutun bu sahədəki əhəmiyyətli fəaliyyətlərini və Dünya Torpaq Gününün qlobal maarifləndirmə baxımından önəmini vurğulayıblar.