• Bazar, Fevral 2, 2025
  • Bakı, 11.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər Günü ilə bağlı tədbir keçirilib

  • 2025-01-31

   AR Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib. İclası giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Alim, Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasını vurğulayaraq, Ümummilli lider Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixində “2 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam imzalandığını qeyd edib. Institutun gənclərini ürəkdən təbrik edən Ə.Quliyev  onlara gələcək fəaliyyətlərində də uğurlar arzulayıb, tövsiyələrini səsləndirib.

  Daha sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı çıxış edərək, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs edib. O, gənclərin inkişafı üçün imzalanan fərmanlar, sərəncamlar və qəbul edilən qanunların gənc nəslin gələcək uğurları üçün möhkəm zəmin yaratdığını vurğulayıb.

   Tədbirdə institutun elmi katibi, a.e.ü.f.d Sultan Hüseynova çıxış edərək institutun gənclərini təbrik edib, elmi fəaliyyətlərində onlara yeni nailiyyətlər arzulayıb, İnstututun gənc alimləri b.ü.f.d Roza Məmmədova və a.e.ü.f.d Rəhilə İslamzadə çıxışlarında bu günün əhəmiyyəti və tarixi haqqında danışıb, Gənclər Gününün təsis edilməsinin Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının parlaq nümunəsi olduğunu qeyd ediblər. Onlar, həmçinin, müasir dövrdə gənclərin elmi fəaliyyətlərində bu diqqətin rolunu xüsusi vurğulayıblar.

   Sonda institutun elmi-ictimai fəaliyyətində fərqlənən  bir qrup gənc  təşəkkürnamə ilə təltif  edilib.