• Cümə axşamı, Iyun 5, 2025
  • Bakı, 21.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları İsmayıllının füsunkar təbiətində istirahət ediblər

  • 2025-05-26

   AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Həmkarlar Təşkilatının təşəbbüsü ilə institut əməkdaşlarının asudə vaxtlarını mənalı və səmərəli keçirmələri məqsədilə maraqlı bir gəzinti təşkil olunub.

  İnstitutun 60 nəfər əməkdaşı Azərbaycanın ən gözəl bölgələrindən biri olan İsmayıllı rayonuna təşkil edilən bir günlük səfərdə iştirak ediblər. Səfər çərçivəsində iştirakçılar "Sərin Dərə" istirahət mərkəzində dincəlib, təbiətin qoynunda xoş və yaddaqalan anlar yaşayıblar.

  Eyni zamanda əməkdaşlar rayonun füsunkar təbiət mənzərələri və tarixi-mədəni məkanları ilə tanış olublar. Gəzinti iştirakçılara gündəlik iş rejimindən uzaqlaşmaq, bir-birləri ilə daha yaxından ünsiyyət qurmaq və mənəvi istirahət etmək imkanı yaradıb.

   Belə təşəbbüslər kollektiv ruhunun gücləndirilməsinə və əməkdaşların motivasiyasının artırılmasına töhfə verir.