• Çərşənbə axşamı, Aprel 16, 2024
  • Bakı, 14.0°C

BMT-nin Avropa İqtisadi Komissiyasının üzvləri AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar

  • 2021-11-17

  BMT-nin Avropa İqtisadi Komissiyasının beynəlxalq ekspertlər komandası AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar. “Ətraf mühit üzrə fəaliyyətin icmalı hesabatı” çərçivəsində BMT-nin eksperti Elisabeth Clement AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor  Əlövsət Quliyev və  institutun aid laboratoriyalarının müdirləri ilə görüşüb. Görüş zamanı kənd təsərrüfatı və ətraf mühit, ətraf mühitin təhlükəsizliyi və  eroziya problemləri məsələləri  geniş müzakirə edilib. Elisabeth Clement mövcud problemlərinin həlli ilə əlaqədar olaraq İnstitutun layihələrdə iştirakını vacib hesab etdiyini qeyd edib. Eyni zamanda ekspert mövcud problemlərin BMT-nin FAO təşkilatının hesabatlarında yer alacağını qeyd edib.