• Çərşənbə axşamı, Dekabr 3, 2024
  • Bakı, 7.0°C

Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyası 2021-ci il üzrə yekun hesabatını təqdim edib

  • 2021-11-15

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Daha sonra İnstitutun icraçı direktoru t.e.d Yasin Rüstəmovun sədrliyi ilə davam edən iclasda İnstitutun “Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası” laboratoriyası 2021-ci il üzrə yekun hesabatını təqdim edib. Laboratoriya müdiri Akademik Məhərrəm Babayev hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Azərbaycan torpaqlarının taksonomik vahidlərinin innovativ metodlarla genetik diaqnostikası və xəritələşdirilməsi (Torpaq coğrafi informasiya sistemləri və Torpaq örtüyünün strukturu, Torpaq fizikası laboratoriyaları ilə kompleks mövzu)” mövzusuna 7 işin daxil olduğunu qeyd edib. Laboratoriyanın əməkdaşları а.е.f.d.Sultan Hüseynova, a.e.f.d. Firoza Ramazanova, а.е.f.d. Aytən Məmmədova, a.e.d. Nailə Orucova, a.e.f.d. Rəna Mirzə-zadə yekun elmi və təşkilati hesabat ilə çıxış edərək gördükləri işlər haqqında məruzə ediblər. Həmçinin “Torpaq coğrafi informasiya sistemləri” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Amin İsmayılov çıxış edərək görülən kompleks tədqiqat işi barədə hesabatını təqdim edib. Təqdim olunan yekun hesabat şura üzvləri tərəfindən geniş müzakirə olundu. Laboratoriyanın əməkdaşı a.e.f.d. Türkan Həsənovanın aktiv elmi fəaliyyəti nəzərə alınaraq dərəcəsinin artırılması qərara alındı. Sonda “Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası” laboratoriyasının 2021-ci il üzrə illik hesabatını səsə qoyularaq yekdiliklə qəbul edildi.