• Bazar ertəsi, Dekabr 30, 2024
  • Bakı, 5.0°C

Torpaqların rekultivasiyası və Suvarmanın müasir problemləri laboratoriyaları 2021-ci il üzrə yekun hesabatını təqdim edi

  • 2021-11-25

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Daha sonra İnstitutun icraçı direktoru t.e.d Yasin Rüstəmovun sədrliyi ilə davam edən iclasda “Torpaqların rekultivasiyası” laboratoriyası 2021-ci il üzrə yekun hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.f.d. Fərhad Sadıqov hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və Torpaq biologiyası laboratoriyası ilə kompleks iş olan “Texnogen pozulmuş torpaqların kompleks tədqiqi,biorekultivasiya və agrokimyəvi üsullarla bərpası ”(Abşeron - Qala, Bibiheybət qəsəbəsi) mövzusuna 7 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları a.e.f.d.Çimnaz Baxşıyeva, a.e.f.d.Tamilla Qəhrəmanova, b.ü.f.d. Nərgiz Həkimova gördükləri işlər barədə məlumat veriblər və sualları cavablandırıblar. Sonra İnstitutun “Suvarmanın müasir problemləri” laboratoriyasının müdiri a.e. f.d. Nadir Nadirov 2021-ci il üzrə yekun hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Azərbaycanın müxtəlif bölgələrində mövcud su ehtiyatlarından səmərəli istifadəni və torpaqların mühafizəsini təmin edən suvarma texnologiyalarının tədqiqi” mövzusuna 2 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın əməkdaşı a.e.f.d.Azad Kərimov gördükləri işlər barədə məlumat verib və sualları cavablandırıb. Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda hər iki laboratoriyanın 2021-ci il üzrə illik hesabatı səsə qoyularaq yekdiliklə qəbul edildi.