• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Sumqayıt Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

  • 2021-12-10

Dekabrın 10-da Sumqayıt Dövlət Universiteti ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında kadr hazırlığı, elmi-tədqiqat və istehsalatın elmi əsaslarla təşkili sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbirdə çıxış edən AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev müqavilənin hər iki elm müəssisəsi arasında əlaqələrin möhkəmlənməsində əlverişli şərait yaradacağını və elmi layihələrin həyata keçirilməsinə təkan verəcəyini bildirib.

Müqavilənin imzalanmasında məqsəd SDU ilə əməkdaşlıq çərçivəsində yüksək dərəcəli elmi kadrların tədrisə cəlb olunmasına, magistrantların AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bazasından yararlanmasına şərait yaratmaqdır. Müqavilədə torpaqşünaslıq, aqrokimya, və ekologiya elmlərinin qarşılıqlı maraq doğuran sahələrində və innovasiya istiqamətli elmi kadr hazırlığında birgə iştirak, SDU-nun professor-müəllim heyətinin, elmi işçilərinin, magistr və doktorantlarının AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müvafiq şöbələrində, elmi-tədqiqat laboratoriyalarında ixtisasartırmaya cəlb olunması və digər məsələlər öz əksini tapıb.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Sumqayıt Dövlət Universiteti arasında imzalanacaq əməkdaşlıq müqaviləsinin hər iki elm müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını bildirən Sumqayıt Dövlət

Universitetinin rektoru rəhbərlik etdyi ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verdi.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verdi, qazanılan uğurlardan söhbət açdı və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi. Qeyd etdi ki, institut torpaq və aqrokimyəvi tədqiqatlar apararaq son nəticələrin tətbiqini istehsalata yönəldir. Həmin nəticələr kənd təsərrüfatının müxtəlif sahələrində şoranlaşmaya və irriqasiya erroziyasına qarşı mübarizə yollarına, torpaqda münbitliyin bərpasına, gübrənin norma əsasında verilməsinə, sonda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınmasına xidmət edir.

Daha sonra SDU və İnstitut arasında qarşılıqlı maraq doğuran digər fəaliyyət sahələrində əməkdaşlığa dair müzakirələr aparıldı.

İSTİNAD: https://www.sdu.edu.az/az/news/1973