• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

  • 2022-01-12

   Yanvarın 12-si AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev akademik Məhərrəm Babayevi 85 illik yubileyi və İnstitutun Həmkarlar Təşkilatının sədri Məmməd Məmmədovu 70 illik yubileyi münasibəti ilə kollektiv adından təbrik edib.

  Daha sonra AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icracı direktoru t.e.d Yasin Rüstəmov İnstitutda çalışan işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi üçün attestasiya komissiyasının məlumatı iclas iştirakçılarının nəzərinə çatdırılıb.İclasda gündəlikdə olan “Mineral gübrələr laboratoriyası”nın böyük elmi işçisi Vüqar Cəfərovun “Qida rejiminin kələm bitkisinin inkişafına və məhsuldarlığına təsiri” adlı monoqrafiyasının çapa təqdim olunması məsələsi müzakirə edilib və təsdiq edilib. İclasın sonunda İnstituta dair cari məsələlər müzakirə edilib. 11 Yanvar tarixində “XeberFakt.az” informasiya portalında İnstitutut rəhbərliyinin və bəzi işçilərinin haqqında böhtan xarakterli dərc olunan məqalənin anonim müəlliflərinin kimliyi ətrafında geniş müzakirələr aparılıb. Nəzərə alaq ki, əsası olmayan və yoxlanılmamış məlumatların mətbuata verilməsi şəxslərin şərəf və ləyaqətini aşağıladığı üçün hüquqi məsuliyyət yaradır. Elmi Şurada saxta məqalənin müəlliflərinin tapılıb qanuna uyğun məsuliyyətə cəlb olunması qərara alındı.