• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

 

Laboratoriya rəhbəri

aqrar elmlər doktoru, professor Həsənov Vilayət Həsən oğlu

laboratoriyada 10 nəfər çalışır,

onlardan 4-ü a.ü.f.doktorlarıdır.

Tel: (99412) 538-24-29

           E-mail: vilayet-hesenov@mail.ru

 

 

 

Əsas elmi istiqamətlər:

- Azərbaycanın dağlıq və düzənlik ərazilərində torpaq örtüyünün stukturaları və elementar tor-paq areallarının tədqiqi;

 - düzənlik çay vadilərində mikro­relyefin və dağlıq ərazilərdə müxtəlif baxarlı yamacların torpaqların morfogenetik diaqnostikasına və torpaq örtüyü strukturlarının (TÖS) formalaş­masına təsirinin müəyyən edilməsi;

- relyfin plastikası metodu əsasında torpaq örtü-yünün strukturları və alternativ torpaq xəritəsinin hazırlanması;

 - dağ çayları gətirmə konuslarında şərti yararsız daşlı torpaqların fiziki-kimyəvi xüsusiyyətlərinin və daşlılıq dərəcəsinin müəyyən edilməsi və kənd təsərrüfatına bərpası

       Relyefin plastikası metodu əsa­sında aparıl-mış tədqiqatları nəticəsində  1:100 000 miqyaslı “Qanıx-Əyriçay vadisinin” və “Abşeronun”: 1. torpaq örtüyünün strukturası xəritələri, 2. alternativ torpaq xəritələri və 3. torpaq-ekoloji qiymətləndirmə xəritələri hazırlanıb.

     Respublikada xüsusi mühafizə olunan qoruq-larda təbii landşaftın və biomüxtəlifliyin qorun-ması üzrə aparılan müqayisəli-coğrafi və sistemli yanaşma tədqiqatları nəticəsində Göygöl Milli Parkında yayılmış dağ-çəmən və dağ- meşə tor-paqların morfogenetik diaqnostikasına və TÖS formalaşmasına müxtəlif baxarlı dağ yamac-larınnın təsiri müəyyən edilib,   1:25 000 miq-yasında torpaq, TÖS və ekoloji qiymətləndirmə xəritələri tərtib olunub. Göygöl MP-nın eko-turizm potensialının müasir vəziyyəti və inkişafı- nı tənzimləyən kompleks təkliflər hazırlanıb

     Azərbaycanın çay subasarlarında aparılmış müqayisəli-coğrafi və uzun müddətli stasionar tədqiqatlar əsasında allüvial-hidromorf torpaq-ların morfogenetik xüsusiyyətləri müəyyən edi-lib, beynəlxalq prinsiplərə (WRB) uyğun təsni-fatı və nomenklaturası hazırlanıb. Çay subasar-larında TÖS-nin elementar torpaq areallarının və torpaqların diaq­nostik göstəricilərinin forma-laşmasına mikrorelyefin və qrunt sularının təsiri müəyyən edilib, torpaq tiplərinin  torpaq pasport-ları hazırlanıb. Etalon tədqiqat sahələrinin dəqiq miqyaslı (1:2000; 1:5000) torpaq xəritələri tərtib edilib.

     Bakı şəhəri Dənizsahili Milli Parkın və AMEA Nəbatət Bağının dəqiq miqyaslı (1:2000) torpaq xəritələri hazırlanıb və “Urbanizem” şə-hər torpaqlarının diaqnostik göstəriciləri və no-menklaturası müəyyən edilib (2010).

      Torpaqların genezisi, coğrafiyası və xəritəçilik laboratoriyası (akad. M.P.Babayev, a.e.d.,prof. V.H.Həsənov, a.f.d. Ç.M.Cə­fərova və b.)ilə aparılmış kompleks tədqiqatların nəticəsində 1. Azərbaycan torpaqlarının morfogenetik profili (2004); 2. Azərbaycan torpaqlarının müasir təs-nifatı (2006); 3. Azərbaycanda torpaq deqreda-siyası və mühafizəsi (2010); 4. Azərbaycan tor-paqlarının morfogenetik diaqnostikası, nomenk-laturası və təsnifatı (2011) monoqrafiyaları və 5. Azərbaycan Respublikasının yeni torpaq xəritəsi (M 1:500 000) hazırlanmışdır.

    V.H.Həsənovun “Azərbaycanın allüvial-hid-romorf torpaqlarının morfogenetik diaqnostikası, təsnifatı və qleyləşmə prosesinin subtropik xü-susiyyətləri” monoqrafiyası çap olunub (2021).Azərbaycanın antropogen dəyişilmiş düzən-meşə torpaqlarının morfogenetik diaqnostika-sına və münbitlik göstəricilərinə suvarma çay suları çöküntülərinin təsiri müəyyən edilmişdir.

    Azərbaycanın çaydaşlı torpaqlarının daşlılıq dərəcəsi xəritəsi hazırlanıb.