• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Laboratoriya rəhbəri aqrar elmlər üzrə fəlsəfə doktoru,

dosent Axundova Əminə Bağır qızı.

Tel: (99412) 538-94-25

E-mail: axundova41@mail.ru

 

     Laboratoriya 1956-cı ildə yaradılmışdır və yaradıldığı gündən laboratoriyaya 1989-cu ilə qədər AEA-nın Müxbir Üzvü a.e.d., prof. Əbdürrəhman Niyaz oğlu Güləhmədov, onun ölümündən sonra 1996-cı ilə kimi a.e.f.d. Axundova Əminə Bağır qızı rəhbərlik etmişdir. 1996-cı ildə qrup şəklində Mineral gübrələr laboratoriyası ilə birləşdirilmişdir. 2015-ci ildən isə yenidən Mikroelementlər və mikrogübrələr laboratoriyası kimi müstəqil fəaliyyət göstərir.

    Laboratoriya təşkil olunduğu gündən torpaqlarda mikroelementlərin yayılması, miqdarı və torpaq bitki sistemində miqrasiyası, onların kənd təsərrüfatında tətbiqi problemi, təbii radioaktiv elementlərin öyrənilməsinə həsr edilmiş tədqiqatlar, biogeokimyəvi rayonların aşkar edilməsi və onların tətbiqi sahəsində tədqiqatlar, yeni effektli gübrə növlərinin hazırlanması, efir yağlı və dərman bitkilərinin becərilməsində mikrogübrələrin tətbiqinə dair tətqiqatlar aparılmışdır. Laboratoriya əməkdaşları tərəfindən 20-dən çox müəlliflik və səmərəliləşdirici təkliflər üçün şəhadətnamələr alınmışdır.

   Bu illər ərzində mikroelementlərin kənd təsərrüfatı bitkiləri altında tətbiqinə, mikroelementlərin yayılması və miqrasiyasına dair 3 doktorluq və 50-dən çox fəlsəfə doktoru dissertasiya işi müdafiə edilmişdir.

   Son illərdə kənd təsərrüfatı bitkiləri altında tətbiq olunan gübrə normalarının optimallaşdırılması, mikrogübrələrin makrogübrələr fonunda səmərəliliyi, torpaq-bitki sistemində mikroelementlərin miqrasiyası, texnogen tullantılar nəticəsində ətraf mühitin ağır metallarla çiklənmə səviyyəsi, torpaqların ekoloji qiymətləndirilməsində mikroelementlərin də nəzərə alınması və digər məsələlər tədqiq edilmişdir.

   Laboratoriyada 9 nəfər çalışır, onlardan 3-ü fəlsəfə doktorudur.

   Laboratoriyanın əsas istiqamətləri aşağıdakılardır:

· Torpaqlarda qida elementlərinin, o cümlədən, mikroelementlərin balans vəziyyəti;

· Texnogen tullantılarla ətraf mühitin (torpaq, bitki, su) çirklənməsinin müasir səviyyəsinin öyrənilməsi;

· Mikroelementlərin yayılması və torpaq–bitki sistemində miqrasiyasının ekoloji aspektləri;

· Mikrogübrələrin tətbiqinin səmərəliliyi.