• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Laboratoriya rəhbəri aqrar elmlər üzrə fəlsəfə doktoru,
                                                  dosent Məleykə Adil qızı Əhmədova
tel: +994(012) 538-46-52
                                                                       (050) 363-76-36


    Azəarbaycan SSR AMEA Rəyasət Heyətinin qərarı ilə 31 yanvar 1969-cu ildə (protokol № 6) Azərbaycan SSR Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində Torpaqların mineralogiyası və kimyası laboratoriyası bir qrum kimi fəaliyyət göstərirdi, həmin qruma rəhbər a.e.d., dos prof. İsgəndər Şahbala oğlu İsgəndərov rəhbərlik edirdi.
1975-ci ildə institutda fəaliyyət göstərən kimya laboratoriyası ləğv edilərək, həmin dövrdə kimya və mineralogiya laboratoriyası yaradıldı, laboratoriyaya rəhbərlil a.e.d. İsgəndər Şahbala oğlu İsgəndərovun rəhbərliyinə təqdim edildi. Onun rəhbərliyi altında Kür-Araz ovalığı torpaqlarının lil fraksiyaklarının mineralogiyası kimyası və diaqnostikası öyrənilməyə başlandı.
    1995-ci ildə Institutda keçirilən atestasiya komisiyasında laboratoriyaya rəhbərlik k.t.e.d.dos. Hüseyn Cəlal oğlu Mehdiyevə tapşırıldı.
Laboratoriyanın əsas istiqamətləri:-
-Azərbaycanın əsas torpaqlarının lil fraksiyalarının öyrənilməsi 
-Lil fraksiyalarının mineraloji təkibindən asılı olaraq mineralların paylanma xüsusiyyətlərini müəyyənləşdirmək və yayılma qanunauyğunluğunu müəyyənləşdirmək və 1:1500 000 miqyasında xəritədə dərc edildi.
-Lil fraksiyaları ilə yanaşı torpaqların özündə müxtəlif üsullardan istifadə etməklə torpaqların mineraloji tərkiblərinin müasir aparatlarla Almaniya istehsalı olan “MİNİ FLEKS-600” aparatında istifadə etmək olar.
-Qeyri-ənənəvi torpaq minerallarından istifadə etməklə süxurdan seolit, serpentinit, perlit və bentonit gilindən istifadə edərək torpağın məhsuldarlığında  geniş istifadə olunur.
-Paylanma qanunauyğunluğundan asılı olaraq nəinki kaliumun, fosforun miqdarını müəəyənləşdirmək, həmçinin kalsiumun və maqneziumun paylanma qanunauyğunluğunu müəyyənləşdirmək və respublikanın digər torpaqlarında istifadə etmək olar.
Hal-hazırda Abşeron yarımadası Güzdək kəndi ərazisindən götürülən bentonit gilindən Abşeron rayonu Əkinçilik İnstitutunda boz-qonur torpaqlarda istifadə edərək, həm torpağın özünün aqrofiziki və aqrokimyəvi gücləndirmək qabilliyətinə malikdir. Həmçinin qarğıdalı bitkisinin boy artımına və inkişafına müsbət təsir göstərir.
-Gələcəkdə torpaqların xassələrinə və strukturasına müsbət təsir etməklə, onların məhsuldarlığının  artmasından və mineral gübrələrin istifadəsinin zəifləməsinə səbəb olacaqdır.

Laboratoriyada çalışan əməkdaşların siyahısı:
Şirinova Şöhrət Məhərrəm qızı- aparıcı elmi işçi
Məmmədova Bilqeyis Hüseyn qızı- aparıcı elmi işçi
Qasımov Eldar Məhərrəm oğlu- aparıcı elmi işçi