• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AR  ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu

 TORPAQLARIN GENEZISI, COĞRAFIYASI VƏ KARTOQRAFİYASI LABORATORIYASI

  

Laboratoriya  rəhbəri AMEA-nın həqiqi üzvü,  aqrar elmlər  doktoru. professor Məhərrəm Pirverdi oğlu Babayev

Laboratoriyada 14 nəfər çalışır, onlardan 1 elmlər doktoru, 5 fəlsəfə doktorudur.

Telefon: (99412) 5101097

E-mail:maharram-babayev@rambler.ru

 

 

Laboratoriya 1945-ci ildə yaradılmışdır. Laboratoriyanın ilk rəhbəri 1995-ci ilə kimi k.t.e.d., professor, AMEA-nın müxbir üzvü Məmməd-Emin Məmməd-Əli oğlu Salayev olmuşdur. Hal-hazırda laboratoriyanın rəhbəri a.e.d., professor, AMEA-nın həqiqi üzvü Məhərrəm Pirverdi oğlu Babayevdir.

Laboratoriyada 14 elmi əməkdaş, o cümlədən, bir AMEA-nın həqiqi üzvü, 1 doktor, 5 fəlsəfə doktoru fəaliyyət göstərir.

Laboratoriya yarandığı gündən institutun əsas istiqamətlərindən birini müəyyən edən aparıcı struktur bölmələrdən biri olaraq qalır. Laboratoriya fəaliyyət göstərdiyi illər ərzində burada Azərbaycanın görkəmli torpaqşünas-coğraf alıimləri R.Kovalyev, Ş.Həsənov, R.Zeynalov, M.Babayev, V.Həsənov, Ç.Cəfərova və başqaları işləmişlər.

Professor M.Salayevin rəhbərliyi və onların iştirakı ilə laboratoriyada Azərbaycan torpaqlarının genezisi, coğrafi yayılmasının qanunauyğunluqları və xəritələşdirilməsi ilə əlaqədar problemlər işlənmiş, onların dəqiq diaqnostikası, nomenklaturası, sistematikası və təsnifatı məsələləri əhatə olunmuşdur.

Laboratoriyanın çox şaxəli tədqiqatları 3 istiqamətdə-torpaq regional tədqiqatları, torpaqların genezisi, beynəlxalq təsnifatı, diaqnostikası və torpaqların xəritələşdirilməsi sahəsində aparılmışdır.

Yüksək dağ zonasında ilkin torpaqəmələgəlmə prosesi və bu prosesin torpaqəmələgəlməsin, aşınma məhsullarının miqrasiyası, humusəmələgəlmə şəraiti, meşə və çaysubasarlarında torpaqların genezisi, sistematikası və nomenklaturası, coğrafi və stasionar tədqiqatlar nəticəsində öyrənilmişdir.

Mədəni torpaqəmələgəlmə prosesinin özünəməxsus xüsusiyyətləri araşdırılmış və antropogen torpaqlarda baş vermiş dəyişikliklər aydınlaşdırılmışdır. Antropogen dəyişilmiş torpaqların sistematikası və nomenklaturası dəqiqləşdirilmiş və  ilk dəfə olaraq Azərbaycanın antropogen torpaqlarının beynəlxalq standartlara uyğun təsnifatı verilmişdir.

Çoxillik dəqiq torpaq tədqiqatlarının nəticəsi olaraq Azərbaycanın Torpaq Xəritəsi (M 1:500000, 1957), Azərbaycanın Dövlət Torpaq Xəritəsi (M 1:100000, 1997) tərtib edilmişdir. Laboratoriyanın əməkdaşları SSRİ Dövlət Torpaq Xəritəsinin Qafqaz vərəqinin tərtibində iştirak etmişdir.

Respublikanın torpaqları haqqında bir çox monoqrafiyalar çap olunmuşdur. Onlardan “Azərbaycan torpaqları”, Kiçik və Böyük Qafqazın torpaqları”, “Lənkəran torpaqları”, “Qonur torpaqəmələgəlmə prosesi”, “Araz sahili zonasında torpaqlar”, “Kür-Araz ovalığının suvarılan torpaqları” və s.

Hazırda Azərbaycanın torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, qorunması və bərpası problemi çərçivəsində Respublika torpaqlarının müasir nomenklaturası, təsnifatı, torpaq deqradasiyası və bərpası, antropogen torpaqəmələgəlmə prosesinin elmi və təcrübi əsasları üzrə dəqiq tədqiqatlar aparılır. “Azərbaycan torpaqlarının taksonomik vahidlərinin innovativ metodlarla genetik diaqnostikası və xəritələşdirilməsi (Torpaq coğrafi informasiya sistemləri və Torpaq örtüyünün strukturası laboratoriyaları ilə kompleks mövzu)” movzusunda tədqiqat işi yerinə yetirilir.

“Azərbaycan torpaq təsnifatınınm WRB sistemi ilə korrelyasiyası”, “Azərbaycan torpaq xəritəsinin legendası” (М 1:100000), “Azərbaycanda torpaq islahatına uyğun xırda təsərrüfatların torpaq tədqiqatları” və “Torpaq deqradasiyası” metodik tövsiyələr çap olunub. “Azərbaycanın torpaq və Aqrokimyəvi xəritələr Atlası”, “Respublika torpaqlarının morfogenetik profilləri”. “Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan Respublikası ərazisindən keçən hissəsində təhlükə doğura biləcək təbii amillər və onlardan qorunmaq üçün nəzərdə tutulan tədbirlər”, Azərbaycanın subtropik zonasında tərəvəzəz yararlı suvarılan torpaqların biomorfogenetik diaqnostikası”, “Azərbaycan Milli torpaq təsnifatının Beynəlxalq sistemə inteqrasiyası”, “Böyük Qafqazın müasir torpaq örtüyü”  adlı monoqrafiyaları çap olunmuşdur. 

Xəritə fondu. Azərbaycanda coxillik torpaq coğrafi tədqiqatlarının nəticəsində böyük elmi və təcrübi əhəmiyyəti olan bir sıra müxtəlif təyinatlı-torpaqşünaslıq, aqrokimya, meliorasiya, torpaq fizikası sahəsində xəritələr tərtib edilmişdir.

İnstitutun xəritə fondu Torpaqların genezisi, coğrafiyası və xəritəçiliyi laboratoriyasının nəzdində 1945-ci ildən fəaliyyət göstərir. Fondun əsasını 1000-dən artıq iri və orta miqyaslı institutun əməkdaşları tərəfindən hazırlanmış xəritələr təşkil edir. Bununla yanaşı xəritə fondunda nadir və çox qiymətli kartoqrafik material olan 1926-1927-ci illərdə hazırlanmış xəritələr də vardır. Xəritə fondunda Azərbaycanın torpaq örtüyünü səciyyələındirən torpaq xəritələri, əkin sahələrinin strukturunu və bonitetini əks etdirən kartoqramlar, torpaq fondunun qiymətləndirən və torpaq-aqroiqlim rayonlaşdırılması, torpaqların duzluluğu, eroziyası üzrə və s. xəritələrdə mövcuddur.