• Bazar, May 4, 2025
  • Bakı, 15.0°C

 

Laboratoriya rəhbəri,aqrar elmləri fəlsəfə doktoru,dosent

Abbasova Reyhan Yavər qızı

Тел: (994 12) 538 92 80

Е-mail: reyhan.abbasova.1970@mail.ru

 

  Laboratoriya 1975-ci ildə “Tətbiq və məlumat” adı altında fəaliyyətə başlayıb, və onun ilk rəhbəri Akademik Babayev M.P. idi. Müxtəlif vaxtlarda  ona İsmaylov C., Ağayev N., Süleymanov N. rəhbərlik etmişdilər. 2024-cü ildən laboratoriyanın rəhbəri Abbasova R. təyin olunmuşdur.

 2003-cü ildə laboratoriyanın adı dıyişilərək “Analitik məlumat, patent və tətbiq” adlandırılmışdır. 2007-ci ildə institutda gedən struktur dəyişilərək və laboratoriya nəzdində fəaliyyət göstərən “Mübadiləvi və dönərli torpaq proseslərinin tədqiqi” qrupunun əldə etdiyi nəticələr, tədqiq edilən elmi işlərin istiqaməti nəzərə alınmaqla o, “Dönərli torpaq proseslərinin tədqiqi” və 2015-ci ildən  isə “Torpaq proseslərinin dinamikası” laboratoriyası adlandırılmışdır.

   Laboratoriyanın əsas elmi istiqamətini təbii şoranlarda duzların hərəkətinin ekoloji optimizasiyasının mübadiləvi və dönərli torpaq prosesləri mövqeyindən mümkünlüyü nəzəri-fundamental probleminin həlli müəyyənləşdirir.

 Təbii şoranlarda duzların miqrasiyasının ekoloji optimizasiyası, landşafta-adaptasiya prinsiplərinə əsaslanan, abiotic factorların təsirindən formalaşan hidrodinamik resursların torpaq mühitində hərəkətinin tənzimlənməsi və idarə olunması üsulları işlənib hazırlanmışdır. Tədqiqatların nəticələri olaraq, R.Y.Abbasova 2009-cu ildə “Siyəzən-Sumqayıt massivi təbii şoranlarında şorlaşma prosesinin dönərliyinin təmini üsulları” adlı dissertasiya işini yerinə yetirərək a.e.f.d elmi dərəcəsi almışdır. İntensiv iqlim dəyişikliyi şəraitində təbii şoranların torpaq-ekoloji adaptasiya olunan metodlar  baxımından öyrənilməsi müasir şəraitdə həddən artıq aktualdır. Laboratoriyada işlənib hazırlanmış, təbii şoranların tədqiqi və inkişaı landşaft – adaptasiya olunan  metod geniş tədbiqə tövsiyə oluna bilər.

 Tədqiqatların nəticələri olaraq  “Takırvari şoranların landşaft adaptasiyası üsulu ilə torpaq ekoloji  bərpası” monoqrafiyası (N.R.Süleymanov, R.Y.Abbasova, 2012 il) nəşr edilmişdir.

Mövzu üzrə 3 nəticə AMEA 2009-2012-ci illərdə  əldə olunmuş “Ən mühüm nəticələr” siyahısına daxil edilmişdir.

Meliorasiyada yeni istiqamətin şişməyə meyilli ağır gilli şoranların kompleks meliorasiyası problem a.e.f.d., dosent N.R.Süleymanov tərəfindən tədqiq edilmişdir. Ilk dəfə olaraq yüksək şişmə qabiliyyətinə malik ağır gilli torpaqların meliorasiyasının nəzəri, konseptual, metodiki əsasları işlənib hazırlanmış, bu məqsədlə qarışıq strukturlu torpaq mühitinin yaradılması təklif edilmiş, mühitin fiziki halını səciyyələndirən yeni parametrlər və anlayışlar, onların tərəddüd sərhədləri, kompleks meliorasiyanın nəzəri təminat şərtləri və yuma norması, torpağın şişmə qabiliyyətini təmin etmək üçün riyazi modellər təklif edilmişdir.

  Tədqiqatların nəticələri olaraq “Şişməyə meyilli ağır gilli şoranların kompleks meliorasiyasının konseptual və metodiki əsasları”, “Şişməyə meyilli ağır gilli şoranların kompleks meliorasiyası” monoqrafiyaları nəşr edilmişdir.

   2006-cı ilin yekunlarına görə qrupun tədqiq etdiyi “Təbii şoranlada duzların miqrasiyasının  ekoloji optimizasiyası” mövzusu üzrə nəticələr BEB ən mühüm nəticələri siyahısına daxil edilmiş və AMEA internet saytında yerləşdirilmişdir.

   Son dövrlərdə aparılan tədqiqatlar, müxtəlif ekosistemlər və landşaft elementləri altında təşəkkül tapmış dispers mühitlərdə baş verən elementar torpaq prosesləri ilə torpağın hidrotermik potensialı arasında əlaqələrin nəzəri mahiyyəti əsaslandırılmış, limitləyici yeni parametr–HTP irəli sürülmüşdür. Bu parametrin struktur əmsalı və ölçü vahidi (snr) təklif olunmuşdur. Torpaq mühitində baş verən proseslərin məkan-zaman anlamında dövri, dönərli mahiyyəti təsbit olunmuş, nəzəri cəhətdən əsaslandırılmışdır.

  Mövzu üzrə N.B.Əlizadə 2018-ci ildə “Böyük Qafqazın qonur dağ-meşə torpaqlarının hidrotermik potensialının müqayisəli tədqiqi” dissertasiya işini müdafiə etmiş və a.e.f.d. elmi dərəcəsi almışdır.

  Tədqiqatın nəticələri 2019-cu ildə nəşr olunmuş “Torpaqşünaslığın fundamental problemlərinin həllinə V.R.Volobuyev məktəbinin tövhələri” adlı kitabında əks olunmuşdur.

Hal hazırda laboratoriya “Qarabağ və Şərqi Zənqəzur iqtisadi rayon torpaqlarının məkan məlumatlarının təhlili, aqrobioekoloji, mineraloji tədqiqatları əsasında qiymətləndirilməsi və onlardan səmərəli istifadənin elmi əsasları” kompleks mövzusunda iştirak edir.

   Laboratoriyada 6 nəfər çalışır,onlardan 2 nəfər aqrar elmləri fəlsəfə doktorudur.

Elanlar