• Cümə, Aprel 26, 2024
  • Bakı, 16.0°C

Laboratoriyanın müdiri: Sadıqov Fərhad Ələkbər oğlu.

                                               Tel; (012)  510-55-91

                                              (050) 362-53-30

 

   Torpaqların rekultivasiyası laboratoriyası 1975-ci ildə professor Muxtar Rzaqulu oğlu Abduyev tərəfindən yaradılmışdır və 1979 cu ildə qədər həmin laboratoriyaya rəhbərlik etmişdir. 1979-1984 cü illərdə laboratoriyaya k.t.e.n. dos. N. Rzayev  1984-2016 ci illərdə isə k.t.e.n. dos. V.Əhmədov rəhbərlik etmişdir. 2016-cı ildən həmin laboratoriyaya a.e.ü.t.f. dos. Fərhad Sadıqov rəhbərlik edir.

   Laboratoriyanın əsas fəaliyyəti texnogen çirklənmiş, əsasən də köhnə neft istismar ərazi torpaqlarının və hal-hazırda neftçıxarma və sanaye işləri nəticəsində təsirlərlə məruz qalmış torpaqların rekultivasiyası o cümlədən ən müasir biorekultivasiya  üsullarının  tətbiqi ilə reabilitasiya edilməsi istiqamətində tədqiqatların aparılması və tədqiqat nəticələrinin tədbiqindən ibrətdir.

   Hal-hazırda laboratoriyada tədqiqatların aparılması üçün müasir nəzəri-metodoloji baza formalaşdırılmış zəruzi torpaq və su nümunələrinin təhlillərini aparmaq üçün bütün şərait yaradılmışdır.

   Laboratoriyada bir sıra əməkdaşları müxtəlif qrant layihlərinin, o cümlədən NATO Elm Komitəsi və Dünya Bankı tərəfindən mailiyyələşən layihələrin yerinə yetirməsində iştirak etmişlər.

   Laboratoriyada 11 əməkdaş fəaliyyət göstərir. Onlardan laboratoriya müdiri  6 aparıcı elmi işçi, 1 elmi işçi, 1 kiçik elmi işçi, 2  böyük laborant, 1mütəxəssizdir.