• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Laboratoriyanın rəhbəri a.e.ü.f.d., dosent

Cəfərov Əli Musa oğlu

Tel. +99412 5386997

e-mail: Alicafarov1959@mail.ru

 

 

1. Torpaq fizikası laboratoriyası, 1954-ci ildə yaradilmişdir. Laboratoriyanın ilk rəhbəri a.ü.e.d., prof. Bala Məmməd oğlu Ağayev olmuşdur. 1969-cu ildən 1998-ci ilə kimi laboratoriyaya a.e.ü.e.d., prof. Rəfi Həsən oğlu Məmmədov, 1998-2016-ci illərdə a.e.ü.e.d., professor, əməkdar elm xadimi Akif Paşa oğlu Gərayzadə rəhbərlik etmişdir. 2017-cı ildən a.e.ü.f.d., dosent Əli Musa oğlu Cəfərov rəhbərlik edir. Laboratoriya yarandığı gündən burada vaxtı ilə çalışmış alimlərin böyük rolu olmuşdur. Bunlardan a.e.ü.e.d. Y.C.Həsənov, a.e.ü.f.d. A.A.İsmayılov, a.e.ü.f.d. H.M.Məmmədov, a.e.ü.f.d. D.E.Yusubov, a.e.ü.f.d. C.Q.Nuriyev, a.e.ü.f.d. E.H.Nəbiyev, a.e.ü.f.d. Y.H.Muxtarov, a.e.ü.f.d. H.M.Qasımova, a.e.ü.f.d. K.Q.Ağayeva, a.e.ü.e.d. Ç.G.Gülalıyev və b. Laboratoriyada ölkə torpaqlarının aqrofiziki xassələri, o cümlədən, torpaqların su-fiziki xassələri, qranulometrik tərkibi, su-istilik rejimləri, torpaqlarda istilik, optik xassələri öyrənilmişdir.

2.Labortoriyanın əməkdaşları: a.e.ü.e.d., prof. Gərayzadə A.P., a.e.ü.f.d., dosent Cəfərov Ə.M., a.e.ü.f.d., dosent Köcərli S.Ə., a.e.ü.f.d. Məmmədova E.M., a.e.ü.f.d. Manafova A.M. torpaqların aqrofiziki xassələri, torpaqda su-istilik balansı; torpaq proseslərinin dinamikası; torpağın optik xassələri, torpaq strukturunun nəzərə alınması ilə rütubət və istilik axınları modelləri; bitkilərə onların tərkibində enerji akkumulyasiyası, torpaq örtüyünün məsafədən öyrənilməsi. Torpaqların termodinamik gösdəriciləri, o cümlədən istilik tutumu, istilik və temperatur keçirmə əmsalları, və sairə kimi parametirlər öyrənilmişdir. Zaman və məkan daxilində torpağın fiziki parametrləri və torpaq-bitki-atmosfer sisteminin müxtəlif xassələri arasında asılılıqlar müəyyən edilmişdir. Bitkilərin yerləşdiyi mühitin enerji potensialının dəyişmə qanunauyğunluqları müəyyən edilmişdir, xüsusi ilə də radiasiya və istilik balansları. Torpaqların istilik və nəmlik keçirmə, elektrik, optik xassələri, mədəni və təbii bitkilərin enerji akkumulyasiya etmə qabiliyyəti təyin edilmişdir. Torpaqların müxtəlif xassələrini əks etdirən xəritə-sxemlər tərtib edilmişdir.

3. Laboratoriyanın son elmi nailiyyəti çap olunmuş əsərlərdə əks olunmuşdur: “Torpaqların istilik-fiziki xassələri” (Gərayzadə A.P., Gülalıyev Ç.G.) Bakı, “Adiloğlu”, 2006, 205 s.; “Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan Respublikası ərazisindən keçən hissəsində təhlükə doğura biləcək təbii amillər və onlardan qorumaq üçün nəzərdə tutulan tədbirlər”(M.P.Babayev, Q.Z.Əzizov, M.Q.Mustafayev, Ə.M.Cəfərov) Bakı “Elm”, 2009, 110 s.; “Natural factors that can create danger for that part of the Baku-Tbilisi-Ceyhan oil pipe-line passing through the Azerbaijan Republic and intending measures for preservation» (Babayev M.P., Aziziv G.Z., Mustafayev M.G., Jafarov A.M.) Baku “Elm”, 2012, 112 s.; Praktiki

agrobio ekologiya“(Salmanov M.A., İsmayilov N.M., Cəfərov Ə.M.), Bakı “Elm”, 2013, 281 s.; Ümumi və tətbiqi ekoloqiyanın əsasları” (M.Ə.Salmanov, A.A.Məmmədov, Ə.H.Özərən, Ə.M.Cəfərov), Bakı, 2016, 370 s.; “Böyük Qafqazın müasir torpaq örtüyü”(M.P.Babayev, Ə.M.Cəfərov, Ç.M.Cəfərova, S.M.Hüseynova, X.M.Qasımov), Bakı, 2017, 345 s.

4.Hal-hazırda torpaq fizikası laboratoriyada 12 əməkdaş çalışır. Aparıcı elmi işçi 2 nəfər,böyük elmi işçi 1 nəfər,elmi işçi 5 nəfər,böyük laborant 1,laborant 1 nəfər,mühəndis 1 nəfər.