• Cümə axşamı, Noyabr 21, 2024
  • Bakı, 15.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun

Qadınlar şurasının tərkibi:

 

   TAİ Qadınlar şurası 2018-ci il tarxində İnstitut əməkdaşlarının ümumi iclasında təsis edilmişdir. Şuranın  9 nəfərdən ibarət büro üzvü vardır. İnstitutda 182 nəfər qadın əməkdaş çalışır.

 

İnstitutda çalışan qadın əməkdaşlardan:

Elmlər doktoru - 2 nəfər

Fəlsəfə doktoru - 61 nəfər

Əməkdar mədəniyyət işçisi - 1 nəfər

Elmi işçi və kiçik elmi işçi -47 nəfər

Böyük laborant - 20 nəfər

Laborant - 4 nəfər

Mütəxəssis, operator, redaktor, tərcüməçi,

şöbə müdiri, jurnalist, biblioqraf -  34  nəfər

Texniki işçilər - 11 nəfər

fəaliyyət göstərir.

 

Qadınların yaş həddinə görə bölgüsü:

35 yaşa qədər - 37 nəfər

36-55 yaşadək - 69 nəfər

56-70 yaşadək - 58 nəfər

70 yaşdan yuxarı - 18 nəfər

 

Büro üzvləri:

  1. Axundova Əminə Bağır qızı - Sədr
  2. Baxşəliyeva Sona Əli qızı - Sədr müavini
  3. Səlimova Şəlalə Cəfər qızı – Elm və təhsil üzrə məsul
  4. Məmmədova Mirvari Nurəddin qızı – Sosial məsələlər üzrə məsul
  5. Bağırova Rəna Firudin qızı – Sosial məsələlər üzrə məsul
  6. Hüseynova Sultan Məhərrəm qızı – Elm və təhsil üzrə məsul
  7. İsmayılova Nəzakət Ağaməmməd qızı – Sosial məsələlər üzrə məsul
  8. Həmidova Fərqanə Ramiz qızı – İctimaiyyətlə əlaqə üzrə məsul
  9. Cahangirova Günay Ramazan qızı – Katib

  

TAİ Qadınlar şurasının vəzifələri:

  İnstitut əməkdaşlarının elmi fəaliyyəti və elmi səviyyələrinin yüksəldilməsinə, torpaqşünaslıq, aqrokimya, ekologiya və meliorasiya sahəsində elmi yeniliklərə əsaslanaraq tədqiqatların daha geniş və dəqiq aparılmasına dəstək olmaq;

  İnstitutda pozitiv mənəvi və pisxoloji mühitin qorunmasına yardımçı olmaq;

  Sağlam həyat tərzini təmin etmək;

  Əməkdaşlar arasında işgüzar münasibətlərin, sağlam ünsiyyətin və qarşılıqlı yardımın qurulmasına dəstək olmaq.

 

Qadınlar şurasının məqsədi:

  İnstitutda milli-mənəvi dəyərlərə söykənən və intelektual yüksəlişə xidmət edən elmi ideyaların zənginləşməsinə, qadınların elmi, ictimai-siyasi, iqtisadi və mədəni həyatdakı rolunun artırılmasına, onların cəmiyyətdəki maraqlarının, ləyaqətlərinin qorunmasına, ictimai işlərdə fəal iştirakının təmin edilməsinə, qadın hüquqlarının qorunmasına yönəldilmişdir.