• Şənbə, Iyun 7, 2025
  • Bakı, 26.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu

Torpaqların eroziyası laboratoriyası

 

Laboratoriya müdiri: a.e.ü.f.d., dos. Əliyev Zakir Hüseyn oğlu

Telefon: (012) 538-35-67

E-mail:volqa_5@bk.ru

 

   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2016-cı il tarixlə 277 nömrəli “Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında”  Qərarı ilə Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilərək onların bazasında və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 2016-ci il  №342  qərarına əsasən “Torpaqların eroziyası” laboratoriyası yaradılmışdır.

 Laboratoriyanın əsas elmi istiqamətləri: Azərbaycan Respublikası torpaqlarında eroziya proseslərinin öyrənilməsi və qarşısının alınması yollarının hazırlanması.

  Laboratoriyanın kadr potensialı 8 nəfər: 2 aparıcı elmi işçi, 2 böyük elmi işçi, 2 elmi işçi, 1 kiçik elmi işçi.