• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Laboratoriya rəhbəri: aqrar elmləri üzrə fəlsəfə doktoru,

dosent Məmmədova Mirvari Nurəddin qızı

Tel: +99412 5372402; +99450 4516246

E-mail: mirvari1947@mail.ru

 

“Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər” laboratoriyası mineral gübrələr laboratoriyasının bazasında AMEA Rəyasət Heyətinin qərarı ilə 2012 – ci ilin dekabr ayında yaradılmışdır.

AR-sı Nazirlər Kabinetinin qərarı ilə 2016-cı ildə Suvarma və Eroziya İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirildikdən sonra Suvarma və Eroziya İnstitutunda olan “Torpaq, bitki və su analizləri” laboratoriyası Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər” laboratoriyasında birləşdirilmişdir.

Hal-hazırda laboratoriyanın rəhbəri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Məmmədova Mirvari Nurəddin qızıdır.

Laboratoriyanın əsas fəaliyyət istiqamətləri:

-Təbii və mədəni senozlarda torpaqların aqrokimyəvi və fiziki-kimyəvi xüsusiyyətlərinin müasir metodlarla tədqiqi;

- Müxtəlif səbəblərdən eroziyaya uğramış və münbitliyini itirmiş torpaqalrın istehsal dövriyyəsinə qaytarılması üçün bərpa üsullarının seçilməsi və işlənməsi. Gübrələrin səmərəli istifadəsi üzrə tədqiqatların aparılması.

Laboratoriyada 16 əməkdaş fəaliyyət göstərir. O cümlədən 5 aparıcı elmi işçi, 6 elmi işçi, 2 kiçik elmi işçi, 1 baş laborant və 2 laborant.