• Cümə, Aprel 19, 2024
  • Bakı, 26.0°C

Elmi-texniki informasiya şöbəsinin müdiri - Sona Əli qızı Baxşəliyeva

Elektron poçtu:  kitabxana.amea.tai@mail.ru

Tel: (012) 538-94-83

 

 

   Ölkəmiz qədim dövrlərdən başlayaraq öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır.Həmin kitabxanaların sırasına Torpaqşünaslıq və Aqrokimya institutunun kitabxanasıda daxildir.Kitabxana 1945-ci ildə təşkil olunmuşdur.Kitabxananın fondunun bu günə  kimi profilinə görə ədəbiyyat artırılaraq institutun əməkdaşlarının sərəncamına veriib.

    Hal-hazırda kitabxananın kitab fondu 59402 ədəddir. Kitabxananın fondu  azərbaycan, rus,xarıcı ədəbiyyat və aftoreferatdan ibarətdir. Əlyazmalar fondunda isə dissertasiya və institutun hesabatlararı daxildir.Kitabxananın fondu sistemli, daxildə isə əlifba qaydası ilə düzülür.

     Kitabxana 270 oxucuya xidmət edir.Eləcədə kitabxanada AMEA Coğrafiya,Zoologiya,Botanika, BDU, İU və s.institutunun əməkdaşları istifadə edir.

  Kitabxanada torpaqşünaslıq , aqrokimya,coğrafiya,meiliorasiya və s.elm sahələrinə dair kitablar var. Torpaqşünaslıq elminə aid klassiklərin əsərləri, məs: Dv. Dokuçaev, D.N.Pranişnikov, K.K.Qedrois,V.P.Volobuev,H.Ə.Əliyev,M.M.Salayev və s. öz əksini tapmışdır.

      Biblioqrafik iş kitabxananın daimi diqqət mərkəzindədir.İnstitutda aparılan elmi tədqiqat işlərinə aid olan bütün suallara kitabxanada cavab tapmaq olar.

     Kitabxana daima yeni ədəbiyyat haqqında institutun əməkdaşlarına məlumat verir.Kitabxanada siyasi əhəmiyyətli hadisələrə,əlamətdar günlərə həsr edilmiş tematik və daimi qalan sərgilər təşkil olunur.

      Elmi texniki informasiya şöbəsi həmçinin informasiyanın texniki təminatını həyata keçirir; İnstitutun WEB saytını və internetin idarə olunması,iclasların qurulmasını teşkil edir.

 

Kadr Potensialı:

 

Şöbənin müdiri:              “Əməkdar Mədəniyyət İşçisi “   Baxşəliyeva S.Ə.

 

Baş  kitabxanaçı :             Süleymanov Səbinə Azər qızı

 

Baş kitabxanaçı:                 İsmayılova Nətavan Azay qızı

 

Baş mütəxəssis:                      Həsənov Turab Tofiq oğlu

 

Baş mütəxəssis:                     Rəhimova Fatma Ədalət qızı

 

Mühəndis-proqramçı:               Sadıqov Cavid Mustafa oğlu

 

Biblioqraf:                                  Qasımova Vəfa Adil qızı