• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Azərbaycanlı alimin beynəlxalq konfransda özbək dilində çıxışı böyük maraqla qarşılanıb

  • 2022-08-30

    Avqusun 22-23-də Özbəkistanda “İnşaat mexanikası, hidravlika və su təsərrüfatı mühəndisliyi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

   Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri Milli Tədqiqat Universitetində keçirlən elmi konfransda AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev məruzə ilə çıxış edib.

   Əlövsət Quliyev ölkələrimizin qardaşlıq əlaqələrindən, bu əlaqələrin ruhuna uyğun olaraq, Azərbaycan və Özbəkistan elmi müəssisələrinin, alimlərinin əməkdaşlığından danışıb. Alim məruzəsində hidravlika və su təsərrüfatı, kənd təsərrüfatında maşınqayırma, hidroenergetika, bərpa olunan enerji mənbələri, hidrotexnika sahələrində ən son nailiyyətlərdən, bu sahələrdə Azərbaycanda görülən işlərdən, ölkəmizin təcrübəsindən bəhs edib.

   AMEA-nın müxbir üzvü deyib ki, o, sentyabr-oktyabr aylarında sıx elmi əlaqələri yaratmaq üçün Özbəkistana səfər etməyi planlaşdırır. O bildirib ki, Azərbaycan alimləri Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri Milli Tədqiqat Universiteti, Özbəkistanın bu sahələrlə əlaqəli nazirlik və qurumları ilə sıx əlaqələr qurmağa hazırdır.

   Universitetin rektorunun dəvəti ilə konfransa onlayn qoşulan alimin özbək dilində məruzəsi böyük maraqla və alqışlarla qarşılanıb.

 

   İSTİNAD: Tns