• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 10.0°C

Torpaq örtüyünün strukturu və Torpaqların rekultivasiyası laboratoriyaları 2022-ci il üzrə yekun hesabatınlarını təqdim ediblər

  • 2022-11-21

   AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. İclasda “Torpaqların rekultivasiyası”   laboratoriyası 2022-ci il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.f.d. Fərhad Sadıqov hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və Torpaq biologiyası laboratoriyası ilə kompleks iş olan “Texnogen pozulmuş torpaqların kompleks tədqiqi,biorekultivasiya və aqrokimyəvi üsullarla bərpası ”(Abşeron - Qala, Bibiheybət qəsəbəsi)  mövzusuna 5 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları a.e.f.d.Çimnaz  Baxşıyeva, a.e.f.d.Tamilla Qəhrəmanova, b.ü.f.d.  Nərgiz  Həkimova gördükləri işlər barədə məlumat veriblər və sualları cavablandırıblar.

    Növbəti olaraq “Torpaq örtüyünün strukturu” laboratoriyasının 2022-ci il üzrə yekun  hesabatı dinlənilib. Laboratoriyanın  a.e.d Vilayət Həsənov  hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Azərbaycanın  müxtəlif landşaft zonalarında relyef-torpaq əlaqələrinin torpaq xassələrinə və torpaq örtüyü strukturlarına təsirinin müasir metodlarla (relyefin plastikası, məsafədən zondlama, GİS) tədqiqi və etalon ərazilər əsasında  modelləşdirilməsi” mövzusuna 5 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları a.e.ü.f.d. Bahadur İsmayılov, b.ü.f.d. Fidan Manafova gördükləri işlər barədə məlumat veriblər.Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda hər iki  laboratoriyanın 2022-ci il üzrə illik  hesabatı  səsə qoyularaq qəbul edildi.