• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Torpaq proseslərini dinamikası və Torpaqların meliorasiyası laboratoriyaları 2022-ci il üzrə yekun hesabatını təqdim ediblər

  • 2022-11-14

      Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Daha sonra İnstitutun “Torpaq proseslərinin dinamikası” laboratoriyasının müdiri a.e.f.d. Niyazi Süleymanov 2022-ci il üzrə yekun  hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Böyük Qafqazın şimal-şərq yamacı aşağı dağlıq zona təbii və aqrolandşaftın elementar torpaq areallarının hidrotermik potensialının (HTP) mikrorelyef plastikası əsasında mikrokaten formatda müəyyənləşdirilməsi ” mövzusuna 2 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşı a.e.f.d. Nəzakət  Əlizadə gördüyü işlər barədə məlumat verib və sualları cavablandırıb.

   Sonra  “Torpaqların meliorasiyası” laboratoriyası 2022-ci il üzrə yekun hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.d. Mustafa Mustafayev hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Respublikada müxtəlif dərəcədə şorlaşmış və şorakətləşmiş torpaqların meliorasiyasında yeni texnologiyaların işlənməsi” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Gördükləri işlər barədə ətraflı məlumat verən laboratoriya müdiri sualları cavablandırıb. Daha sonra isə laboratoriyanın digər əməkdaşları a.e.ü.f.d. Leyla Cəlilova, a.e.ü.f.d. Afət Cəfərova gördüyü işlər barədə məlumat veriblər və sualları cavablandırıblar.

     Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Torpaq proseslərinin dinamikası” laboratoriyasının 2022-ci il üzrə illik  hesabatı  və “Torpaqların meliorasiyası” laboratoriyasının hesabatında isə 3 iş səsə qoyularaq qəbul edildi.