• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 10.0°C

Torpaq coğrafi informasiya sistemləri laboratoriyası və Torpaqların eroziyası laboratoriyaları 2022-ci il üzrə yekun hesabatını təqdim ediblər

  • 2022-11-28

       Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Daha sonra İnstitutun “Torpaq coğrafi informasiya sistemləri” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Amin İsmayılov  2022-ci il üzrə yekun  hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Azərbaycanın Torpaq Coğrafi İnformasiya Sisteminin beynəlxalq inteqrasiya tələblərinə uyğun elmi əsaslarının işlənib hazırlanması” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Həmçinin laboratoriyanın İnstitutun digər laboratoriyaları ilə olan kompleks işləri barədə də geniş məlumat verilib.

    Sonra İnstitutun “Torpaqların eroziyası” laboratoriyasının müdiri a.e.f.d. Zakir Əliyev 2021-ci il üzrə yekun  hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Azərbaycanın müxtəlif təbiilandşaft zonalarında eroziya prosesinin inkşaf qanunauyğunluqlarının tədqiqi və mövcud problemin elmi-təcrübi əhəmiyyətinin əsaslandırılması” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın əməkdaşları a.e.ü.f.d.Kamalə Babayeva, c.ü.f.d. Qıniyaz  Əfkərov gördükləri işlər barədə məlumat verib və sualları cavablandırıblar.

    Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda “Torpaq coğrafi informasiya sistemləri” laboratoriyasının 2022-ci il üzrə illik  hesabatı səsə qoyularaq yekdilliklə qəbul edildi. “Torpaqların eroziyası” laboratoriyasının 2022-ci il üzrə illik  hesabatı isə keçici olduğu nəzərə alınaraq şərti olaraq qəbul edildi.