• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihədə əməkdaşlıq edəcək

  • 2023-01-17

  “Qarabağa Böyük Qayıdış” proqramının bir hissəsi olaraq layihələrin həyata keçirilməsində prioritet məsələ kimi qarşıda duran əsas işlərdəndir.  Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Torpaqşünaslıq və   Aqrokimya  İnstitutunda “En Pro Sol” MMC-nin direktoru Nemət Məmmədov və “Toprak iş mühendislik müşavirlik sanayi ve ticaret.LTD” şirkətinin nümayəndəsi İbrahim Kaya ilə İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor  Əlövsət Quliyev arasında görüş keçirilib. Görüşdə əsas məqsəd kimi “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində Respublikamız üçün strateji əhəmiyyət kəsb edən  layihənin icrasının gərəkən səviyyədə həyata keçirilməsi təmin etmək məqsədi ilə işğaldan azad edilmiş ərazilərdə müasir torpaq tədqiqatlarının aparılması, əkinəyararlı torpaq sahələrinin müəyyən edilməsi və geoinformasiya texnologiyaları əsasında rəqəmsal torpaq xəritələrinin tərtibi nəzərdə tutulub.

    Bağlanmış müqavilə əsasında Ağdam və Füzuli rayonlarının işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası və reallaşmasında layihələrin həyata keçirilməsində birgəəməkdaşlığa qərar verilmişdir.