• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib

  • 2023-01-19

    Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin və  Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirin əvvəlində  İnstitut əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının, vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin  xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri a.e.d Məmməd Məmmədov açıb. M.Məmmədov çıxışında qeyd edib ki, 20 yanvar millətimizin  mətinliyini, qəhrəmanlığını,  bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını  nümayiş etdirməyi bacardığı gündür. 20 yanvar  gecəsi həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

     Tədbirdə “ Tariximizin qanlı və şanlı səhifəsi”  mövzusunda məruzə ilə  çıxış edən İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verərək bildirib ki, Qanlı Yanvar yaddaşımızın əbədi ağrısıdır. Biz gənclər xalqımızın azadlığı və istiqlalı yolunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini həmişə əziz tuturuq.  Həmçinin tədbirdə İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Dəyanət Baxışov “20Yanvar faciəsi” adlı” adlı məruzə ilə çıxış edib. Həmçinin tədbirdə həmçinin akademik Məhərrəm Babayev, a.e.ü.f.d. Əminə Axundova həmin günə aid xatirələrini bölüşərək, şəhidlərimizə rəhmət diləyiblər.

     Tədbirin sonunda 20Yanvar faciəsinə həsr olunmuş video rolik nümayiş etdirilib.Sonra İnstitutun əməkdaşları və  Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

    Allah Şəhidlərimizə rəhmət eləsin !