• Çərşənbə, May 8, 2024
  • Bakı, 15.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

  • 2023-03-07

   Martın 7-si   AR ETN  Torpaqşünaslıq və Aqrokimya  İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev İnstitutun qadın əməkdaşlarını və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Qadınların  ölkənin   ictimai həyatında, eləcə də sosial, iqtisadi, siyasi, elmi və mədəni proseslərdə fəal iştirakının önəmini qeyd edib. İnstitutun HT-in sədri a.e.d Məmməd Məmmədov çıxışında qeyd edib ki, tarix boyu olduğu kimi, bugün də qadınlarımız Azərbaycanın inkişafına dəyərli töhfələrini verir.

   Təbriklərə qoşulan Qadınlar Şurasının sədri a.e.f.d Əminə Axundova, a.e.d, Mustafa Mustafayev,a.e.ü.f.d Sevda Talıbova, əməkdar mədəniyyət işçisi Sona Baxşəliyeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli işlərində uğurlar arzulayıb.