• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 10.0°C

Professor Əlövsət Quliyev: COVID-19-a qarşı görülən bütün tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunmasına yönəlib

  • 2021-08-18

Bakı, 18 avqust, AZƏRTAC

Hazırda bütün dünya koronavirus pandemiyasının yeni dalğasını yaşayır. Belə bir şəraitdə bütün ölkələr kimi, Azərbaycanda da COVID-19-a qarşı profilaktik tədbirlər görülür. Mövcud vəziyyətdən çıxmaq üçün ən səmərəli vasitə əhalinin əksəriyyətinin vaksinasiya prosesinə cəlb edilməsidir. Bunun üçün lazımi miqdarda müxtəlif vaksinlərin alınaraq ölkəmizə gətirilməsi istiqamətində dövlətimiz tərəfindən bütün addımlar atılıb.

Bu fikirləri AZƏRTAC-açıqlamasında Azərbaycan Milli Elmlər AkademiyasınınTorpaqşünaslıqvə Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev deyib.

O bildirib ki, Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) təhlükəsinin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin göstərişi əsasında kompleks tədbirlər görülür. Alim, həmçinin AMEA mütəxəssisləri tərəfindən kütləvi informasiya vasitələrində, eləcə də sosial platformalarda maarifləndirmə və təbliğat işlərinin aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, ölkədə koronavirus infeksiyasına yoluxma sayının yenidən artması pandemiya əleyhinə tədbirlərin gücləndirilməsinə səbəb ola bilər. Elə buna görə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına ciddi riayət edilir. Mövcud profilaktik vəziyyət nəzərə alınaraq, qoruyucu tibbi maska və dezinfeksiya vasitələrindən istifadə olunur, müəyyən olunmuş sosial məsafəyə diqqət yetirilir. İnstitutun laboratoriya otaqları, dəhlizləri xüsusi preparatlarla dezinfeksiya edilir. Binaya daxil olan əməkdaşlar foyedə asılmış məlumatlandırıcı lövhələrlə tanış olur, qoruyucu maska, əlcək və dezinfeksiya materialları ilə təmin edilir, əməkdaşların hərarəti daim yoxlanılır.

İnstitutun direktoru qeyd edib ki, yalnız qaydalara əməl etmək, peyvənd olunmaqla normal həyata qayıtmaq mümkündür və hamı pandemiyaya qarşı birlikdə mübarizə aparmalıdır. Öz sağlamlıqlarına həssas yanaşan və peyvənd olunmağı vətəndaşlıq borcu hesab edən əməkdaşlarımızın çoxu artıq peyvənd vurdurub, hazırda bu proses davam edir.

Ə.Quliyev vurğulayıb ki, COVID-19-la mübarizə uzunmüddətli prosesolduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər davametdirilməlidir.Bu səbəbdən də vətəndaşlarımız vaksinasiya prosesində fəal olmalı, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidirlər.