• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

“Torpağın su ehtiyatlarının və atmosferin ekoloji qiymətləndirilməsinin tədqiqatları” mövzusunda konfrans və sərgi keçirilib

  • 2023-05-18

     Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Torpağın su ehtiyatlarının və atmosferin ekoloji qiymətləndirilməsinin tədqiqatları” mövzusunda konfrans və sərgi keçirilib. Konfrans və sərgi AzMİU-nun Ekologiya kafedrasının, Milli Aerokosmik Agentliyinin, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun dəstəyi ilə həyata keçirilib. 

     AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə diqqət çəkib və bildirib ki, ümummilli liderin ölkəmiz və xalqımız qarşısında digər xidmətləri kimi ölkəmizin ekologiyasının, ətraf mühitinin qorunmasında da strateji xidmətləri mövcuddur.

     AR ETN-nin  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direkoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev çıxışında məktəb şagirdlərində ekoloji məsələlərə maraq yaratmağa xidmət edən konfrans və sərgini təqdirəlayiq hal olduğunu qeyd edib. 

     AzMİU-nun Ekologiya kafedrasının müdiri professor Fəqan Əliyev konfransın elmi-kütləvi əhəmiyyətinə diqqət çəkib və sərginin tələbə və şagirdlərdə praktik vərdişlər, komanda şəkilində işləmək bacarığı formalaşdırdığını qeyd edib. 

     Çıxışlardan sonra müəllim, tələbə və şagirdlərin əl işindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə torpağın su ehtiyatları və atmosferə, ümumilikdə ekologiyaya aid maketlər, layihələr və prototiplər nümayiş olunub. Konfransın sonunda məktəblilərin AzMİU-ya ekskursiyası təşkil olunub və iştirakçılara sertifikatlar təqdim edilib.

 

    İSTİNAD: azmiu.edu.az