• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

“Torpaq örtüyünün strukturu”, “Torpaqların mineralogiyası və kimyası” və “Suvarmanın müasir problemləri” laboratoriyaları 2023-cü il üzrə yekun hesabatınlarını təqdim ediblər

  • 2023-11-27

    AR ETN  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. İclasda ilk olaraq “Torpaq örtüyünün strukturu” laboratoriyasının 2023-cü il üzrə yekun  hesabatı dinlənilib. Laboratoriyanın müdiri  a.e.d Vilayət Həsənov  hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Azərbaycanın  müxtəlif landşaft zonalarında relyef-torpaq əlaqələrinin torpaq xassələrinə və torpaq örtüyü strukturlarına təsirinin müasir metodlarla (relyefin plastikası, məsafədən zondlama, GİS) tədqiqi və etalon ərazilər əsasında  modelləşdirilməsi” mövzusuna 5 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları gördükləri işlər barədə sualları cavablandırıblar.

     Növbəti olaraq “Torpaqların mineralogiyası və kimyası”   laboratoriyası 2023-cü il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri vəzifəsini əvəz  edən  a.e.ü.f.d. Məleykə Əhmədova hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Azərbaycan torpaqlarında mineralların nisbəti, torpaq kipliyinin diaqnostikası və qeyri-ənənəvi mineralların torpaq xassələrinin dəyişməsinə təsiri”  mövzusuna 4 işin daxil olduğunu qeyd edib.

      Daha sonra İnstitutun “Suvarmanın müasir problemləri” laboratoriyasının müdiri a.e.ü. f.d. Nadir Nadirov 2023-ci il üzrə yekun  hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Azərbaycanın  müxtəlif  bölgələrində  mövcud su ehtiyatlarından  səmərəli  istifadəni  və  torpaqların mühafizəsini  təmin  edən  suvarma  texnologiyalarının tədqiqi” mövzusuna 2 işin daxil olduğunu qeyd edib. Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırılıb. Sonda hər üç laboratoriyanın 2023-ci il üzrə illik hesabatı səsə qoyularaq qəbul edilib.