Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclası giriş sözü ilə Elmi Şuranın sədri, İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. O gündəlikdə duran məsələrlə iclas iştirakçılarını tanış edib.
İclasda ilk olaraq Mineral gübrələr laboratoriyasının aparıcı elmi işçisi Vüqar Cəfərovun “Aqrokimya” ixtisası üzrə dosent elmi adı almaq üçün təqdim etdiyi sənədlər müzakirə edilib və gizli səsvermə ilə təsdiq edilib.
Daha sonra İnstitutda Attestasiya (institutun doktorant və dissertantları üçün) və Metod Komissiyalarının yaradılması barədə məsələ müzakirə edilib və hər iki komissiyanın sədr və üzvləri açıq səsvermə ilə təyin edilib. İclasın gündəliyində olan Üzvi gübrələr laboratoriyasının aparıcı elmi işçisi Əlizaman Rəsulovun “Həyətyanı sahələrdə üzümün becərilməsi” adlı monoqrafiyasının çap edilməsi məsələsi də Şura üzvləri tərəfindən müzakirə edilib.Həmçinin iclasda İnstitutun “Torpaq muzeyi”nin yenidən qurulması məsələsi də müzakirə edilib .
Sonda gündəlikdəki müzakirə olunan məsələlərə dair qərarlar qəbul edildi.