• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Bakı Su Həftəsi çərçivəsində Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçirilib

  • 2024-03-15

     12-14 mart tarixində  Bakı Su Həftəsi çərçivəsində Beynəlxalq Su Təsərrüfatı sərgisi və konfransı  keçirilib.

     Bakı Su Həftəsinin keçirilməsində  əsas məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir. 

    Beynəlxalq Su Təsərrüfatı Sərgisi və Konfransında AR ETN  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev və institutun əməkdaşları da iştirak edib. Ə.Quliyev konfransda “İqlim  dəyişməsi ilə  əlaqədar   ölkədə   su problemlərinin  həlli” mövzusunda məruzə ilə çıxış edib.

    Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət iştirak edib. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, Isveçrə, Qazaxıstan, Türkiyə və Rusiya Federasiyası daxildir.