• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Qazaxıstan Milli Aqrar Universitetinin və Qazaxıstan Milli Aqrar Tədqiqatlar Universitetinin alimləri AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar

  • 2024-04-09

   Aprelin 8- i  Qazaxıstan Milli Aqrar Universitetinin və Qazaxıstan Milli Aqrar Tədqiqatlar Universitetinin   alimləri AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi-təcrübədə olublar. YUNESKO-nun Davamlı İnkişaf Departamentinin rəhbəri professor T.A. Bazarbayeva, professor G.Mukanova, Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Elmləri Akademiyasının akademiki, professor Z.A.Tukenova, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin  Qazaxstan Milli Aqrar Tətqiqatlar Universiteti, aparat rəhbəri professoru, J.A Bazarbayeva «Qərbi Qazaxıstan regionunun yaşıl inkişaf kontekstində təbii-təsərrüfat və sosial-iqtisadi sistemlərinin dayanıqlı inkişafı: kompleks təhlil, konsepsiya, proqnoz qiymətləndirmə və ssenarilər» mövzusunda Qrant layihəsi əsasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun qonağı olublar. İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev qonaqları qəbul etdikdən sonra laboratoriya müdirlərinin iştirakı ilə geniş formada görüş keçirilib. Qeyd edək ki, İnstitutun “Torpaqların Meliorasiyası” laboratoriyasının müdiri, a.e.d Mustafa Mustafayev həmin layihədə xarici mütəxəssis olaraq nəticələrin təhlili, çöl-tədqiqat məqsədi ilə təşkil edilən ekspedisiyaya qatılmaq, tədqiqatlara uyğun Scopus indeksli jurnalda həmmüəllif olaraq məqalələrin və layihənin sonunda monoqrafiyanın hazırlanmasında iştirak edir.

   Görüşdə   professor T.A. Bazarbayeva dəvət olunmuş alimləri təqdim edərək hər bir alimin gördüyü işlər haqqında geniş məlumat verib. Alim həmçinin Qrant layihəsinin yerinə yetirilməsi prosesində Qazaxıstan və Azərbaycan torpaqlarında mənfi  halların oxşarlığının müşahidə edildiyini qeyd edib. Qazaxıstanlı alim bildirib ki, məqsədimiz Azərbaycanda həmin istiqamətdə aparılmış tədqiqatlarla tanış olmaq və gələcəkdə sizin İnstitutla daha sıx əlaqə qurmaqdır.               

   İnstutun baş direktoru  Ə.Quliyev İnstitutda  COP29-la bağlı gələcəkdə görüləcək işlər barədə əhatəli məlumat verib və yeni tədqiqatların Qarabağın işğaldan azad olunmuş torpaqlarında aparılacağını bildirib. Görüşdə laboratoriya müdirləri ayrı-ayrılıqda elmi fəaliyyətləri haqqında məlumatlar verərək, nəşr olunmuş bəzi monoqrafiyaları qonaqlara təqdim etdilər. Sonda qonaqlara sertifikatlar təqdim edilib.