• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

YAP Yasamal rayon təşkilatının və AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib

  • 2024-04-22

   Aprelin 22-si YAP Yasamal rayon təşkilatını və AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib. Tədbirdə  YAP Yasamal Rayon Təşkilatının sədri  Bəxtiyar Nəbiyev iştirak edib. Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Baş direktoru AMEA-nın müxbir üzvi Əlövsət Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. “Bununla da  ölkəmiz COP29-da əhəmiyyətli qəraraların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə yenə də özünün dünya liderliyini bir daha təsdiq edəcəkdir.Alim həmçinin İnstitutda COP29-la bağlı gələcəkdə görüləcək işlər barədə məlumat verib.

   Tədbirdə çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri  Bəxtiyar Nəbiyev qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi aqrar sahədə ciddi islahatlar aparmışdır ki, bunun nəticəsində isə resurslardan məqsədyönlü və səmərəli istifadə təmin olunub, gələcək inkişaf üçün möhkəm baza yaradılmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə sahib olub. Cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamında qeyd edildiyi kimi Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Ölkə başçımız işğaldan azad olunmuş əraziləri yaşıl zona adlandırmış, bu ərazilərin bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. 2024-cü ildə COP 29 tədbirinə Azərbaycanın ev sahibliyi təsdiq edilib. Dünya birliyinin bir daha Azərbaycanı bu mötəbər tədbirdə dəstəkləməsinin əsasında ölkəmizin qazandığı nüfuzu və etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dayanır.

    Tədbirdə çıxış edən İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, a.e.d Məmməd Məmmədov, YAP-ın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda ərazi partiya təşkilatının sədri, b.ü.f.d. dosent  Zaman Məmmədov və İnstitut üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev çıxışlarında son illərdə Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizədə böyük işlər görüldüyünü də qeyd ediblər.  Eyni zamanda işğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. Z.Məmmədov Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirin 22 aprel “Yer günü” nə təsadüf etdiyini bildirib.

    Tədbirin sonunda  COP29-la əlaqəli video rolik nümayiş etdirildi.