• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Mineral gübrələr laboratoriyası və Torpaq proseslərini dinamikası laboratoriyaları 2021-ci il üzrə yekun hesabatınlarını təqdim ediblə

  • 2021-12-01

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Daha sonra İnstitutun icraçı direktoru t.e.d Yasin Rüstəmovun sədrliyi ilə davam edən iclasda “Mineral gübrələr” laboratoriyası 2021-ci il üzrə yekun hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.d. Məmməd Məmmədov hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və AMEA Geologiya və Geofizika İnstitutu, M.N.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutları ilə kompleks iş olan “Yerli xammal əsasında hazırlanmış üzvi-mineral komplekslərin balans hesablamaları əsasında mineral gübrələrlə birgə tətbiqinin aqrosenozlara təsiri” mövzusuna 3 işin, “Müxtəlif torpaq iqlim şəraitində qida elementlərinin balansı və dövranı əsasında mineral gübrələrin səmərəli tətbiqi” mövzusuna da 3 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları a.e.f.d.Vüqar Cəfərov, a.e.f.d. Hasil Bağırov, a.e.f.d.Svetlana Eyyubova gördükləri işlər barədə məlumat veriblər və sualları cavablandırıblar.

Sonra İnstitutun “Torpaq proseslərinin dinamikası” laboratoriyasının müdiri a.e.f.d. Niyazi Süleymanov 2021-ci il üzrə yekun hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Böyük Qafqazın şimal-şərq yamacı aşağı dağlıq zona təbii və aqrolandşaftın elementar torpaq areallarının hidrotermik potensialının (HTP) mikrorelyef plastikası əsasında mikrokaten formatda müəyyənləşdirilməsi ” mövzusuna 2 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları a.e.f.d. Reyhan Abbasova, a.e.f.d. Nəzakət Əlizadə gördükləri işlər barədə məlumat veriblər və sualları cavablandırıblar.

Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda hər iki laboratoriyanın 2021-ci il üzrə illik hesabatı səsə qoyularaq yekdiliklə qəbul edildi.